Tədrisin təşkili vəziyyətini təhlil etməkdən ötrü növbəti iclas keçirildi.
Ümumi təhsil müəssisələrində təhsilalanların yekun attestasiyası ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələrini başa vuran təhsilalanların təhsildə nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə həyata keçirilir. Məktəbin illik fəaliyyət planının 3.4.6 bəndinə uyğun olaraq, buraxılış siniflərində tədrisin təşkili vəziyyətini təhlil etməkdən ötrü növbəti iclas keçirildi. İclasda tədrisin təşkili qaydalarının müsbət və mənfi tərəfləri izah olundu. Valideyn, müəllim şagird əməkdaşlığının zəruriliyi nəzərə çatdırıldı. Təkliflər dinlənildi.