Məktəb rəhbərliyinin iştirakı ilə ibtidai siniflərdə növbəti monitorinq keçirilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixliqərarı ilə "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası" təsdiq olunmuşdur. Sənəddə müasir dövrdə şagird nailiyyətlərinin qiymətləndirilməsi sisteminin vəzifələri, əsas xüsusiyyətləri, bu sahədə mövcud olan problemlər Konsepsiyanın yaradılması üçün zəruri səbəblər, əsas qiymətləndirmə növləri, qiymətləndirmə standartlarının və vasitələrinin hazırlanması və sairməsələlər əks olunmuşdur. Konsepsiyada təlim-tərbiyə işlərini müasir dövrün tələblərinə müvafiq qurmaq məqsədilə müvafiq monitorinqlər təşkil olunur. İllik fəaliyyət planına əsasən məktəb rəhbərliyinin iştirakı ilə ibtidai siniflərdə növbəti monitorinq keçirilmişdir. Monitorinq qiymətləndirmənin təşkilində məqsəd təhsilin keyfiyyəti üçün əsas göstərici olan şagirdin təlim nəticələri haqqında etibarlı məlumatın əldə edilməsi,məntiqi təfəkkür vərdişlərinin inkişafının müəyyən edilməsi, fənlərin tədrisi vəziyyətinin müəyyən aşkarlanmasıdir. Mütəmadi olaraq siniflər üzrə aidiyyatı monitorinqlərin təşkili nəzərdə tutulmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi