Ümumxalq hüzn gününə həsr olunmuş sinif tədbiri keçirilmişdir.

"Azərbaycanın müstəqilliyi uğrunda aparılan mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən 32 il ötür.
20 Yanvar hadisələri Azərbaycan xalqının iradəsini, mübarizə əzmini qıra bilmədi, əksinə xalqımızı azadlıq uğrunda daha da sıx birləşdirdi, müstəqilliyə gedən yolunu yaxınlaşdırdı.
Məktəbin tədbirlər planına əsasən tərbiyə işləri üzrə direktor müavini Cəfərzadə Cavid Əli oğlunun təşkilatçılığı ilə məktəbin coğrafiya müəllimi Ruhanə İbrahimovanın təqdimatında 10-A sinif şagirdləri 20 Yanvar faciəsinin 32-ci il dönümünə həsr olunmuş sinif tədbiri təşkil edilmisdir. Tədbirdə çıxış edən tədbir təşkilatçısı Ruhanə xanım faciənin baş vermə səbəbləri, faktlar və təhlillər istiqamətində geniş söhbət etmişdir. Həmçinin şagirdlər öz araşdırmalarını təqdim etmiş faciə qurbanlarıni ehtiramla yad etmişdir. Məktəbin direktor Nizaməddin Ağcayev çıxış edərək bildirdi ki, Ermənistanın təcavüzkar hərəkətlərindən və SSRİ rəhbərliyinin bu fəaliyyətə dəstək verməsindən hiddətlənən, buna öz qəti etirazını bildirən Azərbaycan xalqının iradəsini qırmaq məqsədilə dinc əhalinin üzərinə qoşun yeridilməsi Bakı və Sumqayıt şəhərlərində, habelə ölkəmizin digər şəhər və rayonlarında qırğınlara səbəb oldu. İnsanlıq əleyhinə törədilən bu cinayət nəticəsində 150 nəfər dinc mülki şəxs, o cümlədən uşaqlar, qadınlar və ahıl şəxslər amansızcasına öldürülüb, 744 insan yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib. Artıq 20 Yanvar hadisələri dünya müstəvisində hüquq statusunu almışdır deyə qeyd etdi. Tədbir sonunda qeyd olundu ki, bu cür tədbirlərin təşkili milli mənəvi dəyərlərin təbliğini, vətənpərvərlik hisslərinin aşılanmasına xidmət edir. Allah şəhidlərimizə rəhmət eləsin. Amin.