İllik fəaliyyət planına əsasən Şəhidlər xiyabanı ziyarət olunub.

Ermənistan SSR-in respublikamıza ərazi iddialarına, radikal erməni millətçiləri tərəfindən qızışdırılan separatizmə və soydaşlarımız əleyhinə törədilən kütləvi zorakılıqlara SSRİ rəhbərliyinin bilavasitə və ya dolayısı ilə dəstək verməsi, habelə Azərbaycanın o zamankı rəhbərlərinin cinayətkar qətiyyətsizliyi və milli maraqlara zidd addımları xalqımızı respublikanın ərazi bütövlüyünün qorunması naminə ayağa qalxmağa sövq etdi. Beləliklə, respublikada geniş sosial spektrli xalq hərəkatı yarandı və proseslərin gedişi onun tədricən milli azadlıq hərəkatına çevrilməsinə zəmin yaratdı.
Məktəbin tədbirlər planına əsasən Səidə müəllimənin təşkilatçılığı ilə rəhbərlik etdiyi 2-a sinfi və Nairə Qəhrəmanova bir qrup şagirdi ilə Şəhidlər Xiyabanını ziyarət etmişdir.