Tarix aylığı çərçivəsində açıq dərs keçirilmişdir.

Son illər ümumi təhsil sistemində fənn aylıqlarından geniş istifadə olunur. Bu da təsadüfi deyil. Çünki fənn aylıqları təhsilin keyfiyyətinin yüksəldilməsi, fənn müəllimlərinin tədris prosesində yaradıcı fəaliyyətə təşviq edilməsi, qabaqcıl təcrübənin nümayişi baxımından geniş imkanlara malikdir. Aylıq çərçivəsində məktəblərdə keçirilən tədbirlər, eyni zamanda, şagirdlərin müxtəlif fənlərə marağını, onların bilik və bacarıqlarını daha da artırır, vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmalarının səmərəli vasitələrinə çevrilirlər.

Məktəbin illik fəaliyyət planına əsasən məktəb direktorunun təsdiq etdiyi qrafik əsasında təlim-tərbiyə işləri üzrə direktor müavini Həsənova Şəfiqənin təşkilatçılığı ilə Könül müəllimənin təqdimatında tarix aylığı çərçivəsində açıq dərs keçirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi