“Onlayn kitab klubu” adlı sosial layihəyə start verilmişdir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Onlayn kitab klubu” adlı sosial layihəyə start verilmişdir. Layihənin əsas məqsədi şagirdlərin mütaliəyə istiqamətləndirilməsi işində səmərəliliyin, onlarda oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi, nitq vərdişlərinin təkmilləşdirilməsi, fikirlərini tam və sərbəst şəkildə ifadə edə bilmək imkanlarının formalaşdırılmasından ibarətdir. Kitablar həyatımızda mühüm rol oynayır. Onlar bizim dostlarımız və bələdçilərimizdir. Uşaqlarda kitab oxumaq və fərdi fikirlərini ifadə etmək vərdişlərini aşılamaq əsas məqsədimizdir. Etibar Cəfərov adına 118 nömrəli tam orta məktəbin 8-b sinif şagirdləri "Onlayn Kitab Klubu"nda iştirak edərək həftənin qalibidir. Şagirdlərə uğurlar diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi