BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜ

04.10.2016-cı il tarixində Etibar Cəfərov adına 118 nömrəli tam orta məktəbin akt zalında “Müəllimlər Günü” münasibətilə tədbir keçirildi.Tədbirdə məktəbin şagirdləri öz müəllimlərini, müxtəlif şeirlər, mahnılar, yaddaqalan rəqsləri ilə təbrik etdilər.Tədbirə təşrif buyurmuş məktəbin qocaman müəllimi Əliyeva Seyran çıxış edərək pedaqoji kollektivi bayram münasibətilə təbrik etdi, gənc müəllimlərə bu çətin və şərəfli peşədə uğurlar arzuladı.Məktəbin direktoru Nizaməddin Ağcayev çıxış edərək bütün kollektivi təbrik etdi və tədbiri təşkil edənlərə minnətdarlığını bildirdi.Sonda pedaqoji kollektivin qabaqcıl müəllimlərini fəxri fərmanla təltif edərək hər kəsə müvəffəqiyyətlər arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi