Baku Expo Mərkəzində “STEAM Azərbaycan Festifalı 2021” keçirilmişdir.

Təhsil Nazirliyinin STEAM Azərbaycan layihəsi çərçivəsində VI-XI sinif şagirdləri üçün 9-10 dekabr 2021-ci il tarixlərində Baku Expo Mərkəzində “STEAM Azərbaycan Festifalı 2021” keçirildi. Festivalın keçirilməsində məqsəd müxtəlif ideyaları ilə fərqlənən istedadlı və yaradıcı şagirdlərin aşkar olunması, təhsilalanlar arasında yeni əməkdaşlıq və ünsiyyət imkanlarının inkişaf etdirilməsidir.

Festivalın açılış mərasimində çıxış edən təhsil naziri Emin Əmirullayev bildirdib ki, STEAM – rəqəmsal bacarıqları, XXI əsr kompetensiyaları birləşdirən layihədir. Festivala Azərbaycanın müxtəlif bölgələrindən 1000- dən artıq şagirdin 350-dən çox layihə ilə qatılmışdır. Məktəbimizdən STEAM müəllimi Əfəndiyeva Zeynəbin rəhbərliyi, ilə “Multikopter” komandası “Edu Drone” katoqoriyası üzrə festivala qatıldı. Komandanın üzvləri 6ç sinif şagirdləri Xalıqov Hafis və İbrahimov Emin festival boyu xüsusi fəallıq göstərdilər. Festivalda şagirdlərə xüsusi hədiyyələr təqdim olundu. Şagirdlərə növbəti festivalda uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi