Dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür
Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı olaraq 7ci sinif şagirdlərimiz Heydər Əliyev mərkəzində ekskursiyada oldular. Ulu öndərin siyasi və həyatı fəaliyyəti ilə bağlı məlumata yiyələndilər. Uca Allahdan ulu öndərimizə rəhmət diləyirik.