15 SENTYABR- BİLİK GÜNÜDÜR

Sentaybrın 15-də Suraxanı rayon 118 nömrəli tam orta məktəbdə “Bilik Günü”nə həsr olunmuş tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı.Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin Hövsan qəsəbəsi üzrə nümayəndəsi Ağasəlim Əliyev,valideyn icmasının sədri Hacı Allahverən Məmmədzadə,məktəbin müəllimləri, şagirdlər və onların valideynləri iştirak edirdilər. Tədbir iştirakçıları ilk dəfə məktəbə qədəm qoyan uşaqlara uğurlar arzuladılar.Tədbirdə məktəbin direktoru Nizaməddin Ağcayev çıxış edərək,Bilik günü münasibəti ilə hər kəsi təbik etdi.2015-2016-cı tədris ilinin yekunları və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verərək,təhsilin inkişafında qayğısına görə ölkə Prezidenti cənab İlham Əliyevə məktəb kollektivi adından təşəkkür etdi.Sonda ilk zəng səsləndi və şagirdlər siniflərə yollandılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi