Rəqəmsal bacarıqlar layihəsinin "Kod saatı" müsabiqəsinin ilk 2 turu uğurla başa çatmışdır.

"Rəqəmsal bacarıqlar" layihəsinin "Rəqəmsal gələcəyə addım" KodSaatı proqramlaşdırma müsabiqəsinin birinci mərhələsi 19 noyabr 18:00 da başa çatdı! Birinci mərhələni uğurla bitirən şagirdlərin elektron poçt ünvanlarına 2-ci mərhələyə keçib keçməməkləri ilə bağlı məlumat göndərildi. 23 noyabr saat 9:00-dan 21:00-dək ikinci mərhələ tapşırıqları açılaraq müsabiqə baş tutdu. Bütün iştirak edən şagirdlər ikinci mərhələnin nəticələrinə əsasən I, II və III dərəcəli diplomlarla təltif olundu.  Şagirdlərin tapşırıqları yerinə yetirmə müddəti növbəti - final mərhələsinə keçid zamanı nəzərə alındı.
Təhlilə əsasən statistik göstəriciləri bildirmək istərdik. 21 000-ə yaxın şagird müsabiqədən qeydiyyatdan keçib və birinci mərhələdə iştirak edib. Onlardan 5500 nəfər növbəti mərhələyə vəsiqə qazanıb. Ümumilikdə 2-ci mərhələdə 3936 şagird iştirak edib. 
Final mərhələ 14 dekabr tarixində əyani formatda keçirilməsi nəzərdə tutulmuşdur.
Ən yüksək göstəricilərə malik 100 şagird ilə əlaqə saxlanılaraq müsabiqənin final mərhələsinə dəvət edilmişdir. 
Məktəbimizin şagirdləridə bu müsabiqədə uğurla iştirak etmiş və I II dərəcəli diplomlarla təltif edilmişdirlər. Ən əsas olaraq son final turuna seçilmiş 100 şagirdin arasında öz şagirdimizi də görmək bizim üçün fəxr hissidir. Beləki 7ci sinif şagirdi Lətifli Məryəm 3 cü, böyük final turuna vəsiqə qazanmışdır.
Məktəbimiz adindan Məryəmə uğurlar diləyir, bütün Rəqəmsal bacarıqlar müəllimlərimizə və müsabiqədə böyük həvəslə iştirak edən şagirdlərimizə dərin təşəkkürümüzü bildiririk!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi