Buraxılış siniflərində bir sıra fənnlərdən yoxlama- monitorinq həyata keçirilmişdir.
Məktəbin illik fəaliyyət planının 3.4.6-ci bəndinə uyğun olaraq məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Həsənova Şəfiqənin təşkilatçılığı ilə buraxılış siniflərində tədris dilindən( Azərbaycan dili) və xarici dil fənnlərindən monitorinq yoxlama keçirilmişdir. Monitorinq yoxlamanın təşkilində məqsəd şagirdlərin tədris dili və xarici dil ilə bağlı bilklərini müəyyən etmək, həmçinin mövcud nöqsanların aradan qaldırmasıdır. Tədris ili müddətində mütəmadi olaraq monitorinq yoxlamanın keçirilməsi nəzərdə tutulmuşdur.