PEDAQOJİ ŞURA İCLASI KEÇİRİLDİ
14 sentyabr 2016-cı il tarixində 118№-li tam orta məktəbin akt zalında Pedaqoji Şuranın növbəti iclası keçirildi. İclası məktəbin direktoru Nizaməddin Ağcayev açaraq pedaqoji kollektivi yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi, ölkəmizdə aparılan təhsil siyasətindən, dövlətin təhsilə göstərdiyi diqqət və qayğısından ətraflı danışaraq pedaqoji heyətə yeni tədris ilində müvəffəqiyyətlər arzuladı. İclasa başlamazdan əvvəl bu il təqaüdə göndərilən müəllimlərdən rus dili müəllimi Salmanova Şirinxanımı və ibtidai sinif müəllimi Yusifova Gülarəni zala dəvət etdi,onların keçdiyi pedaqoji yol haqqında ətraflı məlumat verdi. Fəxri fərmanla və gül-çiçək dəstəsi ilə təbrik etdi. Müəllimlərdən Akif Məmmədov, Şəfiqə Həsənova, Rəhilə Hacıyeva təqaüdə gedən müəllimlər haqqında xoş təəssüratlarını danışdılar. Daha sonra direktor iştirakçıları Pedaqoji Şuranın gündəliyi ilə tanış etdi. İclasın gündəliyində aşağıdakı məsələlər var idi: 1. 2015/2016-ci tədris ilinin yekunu və təhsil sistemində islahatlarla əlaqədar tərbiyə-təhsil sisteminin yaxşılaşdırılması sahəsində yeni dərs ilində kollektivin qarşısında duran vəzifələr.2. 2016-2017-cı tədris ili üçün məktəbin illik planının müzakirəsi və təsdiqi,pedaqoji şuranın planının müzakirəsi və təsdiqi,direktoryanı müşavirənin, direktorun illik, direktor müavinlərinin illik planının, kitabxana iş planının təsdiqi. 3. Sinif rəhbərlərinin,dərnək rəhbərlərinin,metodiki şuranın,kabinet müdirlərinin,metodbirləşmə rəhbərlərinin təsdiqi.4.Şagirdlərə vətənpərvərlik hissinin aşılanması istiqamətində görüləcək işlər haqqında.5.Bilik yarışına hazırlıqla əlaqədar görüləcək işlər.6.İKT üzrə aparılan işlərə rəhbərliyin təsdiqi.Gündəlikdə olan məsələlər geniş müzakirə olundu və hər bir məsələ haqqında qərar qəbul olundu. Cari il üçün qarşıda duran məsələlər haqqında kollektivə ciddi tapşırıqlar verildi.