Tədbirlər planına əsasən yeniyetmələrlə "Asudə vaxtının düzgün təşkili yolları" mövzusunda söhbətlər aparılmışdır.

Uşaqlar arasında intiharların artması müxtəlif səbəblərlə əlaqələndirilir.Uşaq intiharlarının sayının artmasını psixoloji gərginlik, stress,

uşaqların xüsusi ideologiyaya meyllənmələriylə əlaqədardır. Ailələrin sosial vəziyyəti, uşaqların müxtəlif dini cərəyanların təsiri altına düşməsi,

sevgi məcaraları və ən nəhayət psixoloji problemlər azyaşlıların intiharına səbəb olan amillərdəndir. Təsadüfi deyil ki, intihar edən uşaqlar əsasən uğursuz ailələrdən çıxanlar, zorakılığa məruz qalanlar olur. Digər məsələ ondan ibarətdir ki, ailələrin çoxunda uşaqların problemlərinə yanaşma tərzi formalaşmayıb.

Bəzi valideynlərin dünyagörüşü azdır, uşaqlara az vaxt ayırırlar. Uşaqlar problemlə qarşılaşanda kimə, hara müraciət etmək lazım olduğunubilmirlər. Valideynlər həmin problemləri yeniyetməlik dövrü ilə izah edir və onların keçici olması ilə əlaqələndirirlər.

Psixoloq uşaqlar arasındakı intiharları stress, ailədəvə məktəbdəki ayrıseçkilik, ailə daxili münaqişələr, sevgi stressləri, uşaqlara qarşı seksual zorakılıqlar, uşaqların asudə vaxtının düzgün təşkil olunmaması ilə də əlaqələndirir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi