"Əsrin soyqırımı"

Mart ayının 31- də Suraxanı rayonu 118 №-li tam orta məktəbdə 31 Mart- Azərbaycanlıların Soyqırımı münasibətilə məktəbin tarix müəllimləri Quliyev Kənan, Həsənova Şəfiqə, Quliyeva Elnurənin təşkilatçılığı ilə "Əsrin soyqırımı" adlı tədbir keçirilib.Tədbirdə məktəbin bütün peodoqoji heyəti, valideynlər və şagird kollektivi iştirak edib.Tədbiri giriş sözüylə açan Nizaməddin Ağcayev faciə haqqında geniş məlumat verərək, 31 Mart 1918-ci ildə erməni qəsbkarları tərəfindən Azərbaycan əhalisinə qarşı törədilmiş soyqırımı həqiqətlərini və ümumilikdə soydaşlarımıza qarşı erməni vəhşiliklərnii əks etdirən faktlar irəli sürdü. Soyqırımı faciəsini əks etdirən filmlərin nümayişi ilə davam edən tədbirdə çıxış edən tarix müəllimləri Şəfiqə Həsənova, Kənan Quliyev 31 Mart soyqırımı və ümumilikdə ötən yüzillikdə erməni qəsbkarları tərəfindən azərbaycanlılara qarşı törədilmiş qətliamlardan danışdılar. Onlar öz çıxışlarında Aərbaycan həqiqətlərini, eləcədə ermənilərin bir yüzillikdə dəfələrlə azərbaycanlılara qarşı soyqırımı, etnik təmızləmə, deportasiya kimi qanlı cinayətlər törətməsi kimi tarixi faktlara söykənən gerçəkliklərin beynəlxalq aləmdə təbliği istiqamətində görülən işlərdən bəhs etmiş, bu məsələdə dövlətin dəstəyindən danışmışlar. Onlar zaman-zaman ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş fiziki və mənəvi terrorlar, vandalizm aktlarından danışmış, bu qanlı olaylara ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini bildirmişdilər.Tarixi faktların işığında və sənədlər əsasında soyqırımı həqiqətlərini dünyaya çatdırılması işinə dövlət tərəfindən göstərilən hərtərəfli dəstəyi diqqətə çatdıran çıxışlar bu məsələdə beynəlxalq ictimaiyyətin maarifləndirilməsi işində hər bir soydaşımızın üzərinə məsuliyyət düşdüyünü qeyd etdilər.10-cu sinif şagirdləri Süleymanov İsmayıl, Əlizadə Elşən, 9-cu sinif şagirdi Məsiyev Güloğlan da öz çıxışlarında soyqırım ilə əlaqədar olaraq tutarlı faktlar irəli sürdülər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi