17 Noyabr Milli Dirçəliş Günüdür.

Məktəbin tədbirlər planına əsasən məktəbin tarixi müəllimi Elnarə xanımın rəhbərliyi ilə 5e və 5ə siniflərində Milli Dirçəliş gününə həsr olunmuş sinif tədbiri keçirilmişdir. Tədbirdə çıxış edən Elnurə müəllimə bu günün əhəmiyyəti və mahiyyəti haqqında geniş söhbət etmişdir. Uşaqlara 

1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlı məlumatlar çatdırıldı. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatının təşəkkül tapdığı vurğulandı.

17 noyabr 1988 ci ildə Bakının əsas meydanı sayılan Azadlıq Meydanında  Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr- 5 dekabr, 1988) başladığı bildirildi.

Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndiriliməsindən və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılmasından şagirdlərə söhbət açıldı.

Uşaqların fikirləri dinlənildi, fikir mübadiləsi aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi