Buraxılış siniflərinin valideynləri ilə iclas keçirilmişdir.

Məktəbin illik fəaliyyət planına əsasən, mövcud pandemiya şəraiti gözlənilməklə buraxılış siniflərinin valideynləri ilə iclas keçirilmişdir. İclas vətən müharibəsi zamanı həlak olmuş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edildi. İlk öncə məktəbin illik fəaliyyət planı, tədris ili ərzində qarşıda duran aktual məsələlər izah olundu. Şagird- müəllim- valideyn əməkdaşlığının mahiyyəti və zəruriyyəti diqqətə çatdırıldı. İclas məktəbin direktoru Nizaməddin Agcayevin sədirliyi ilə davam etdi. İclasda direktor müavinləri, UBTR, Psixoloq, sinif rəhbərləri, fənn müəllimləri, valideynlər iştirak edirdi. İclasda çıxış edən məktəbin direktoru Nizaməddin Ağcayev buraxılış imtahanlarına hazırlığın təşkilindən, direktor müavini Elşən Muqumov mütəmadi olaraq monitorinqlərin təşkilindən, direktor müavini Cəfərzadə Cavid tərbiyə prosesinin təşkili üçün sinifdənkənar və məktəbdənkənar tədbirlərinin təşkilinin zəruriliyindən, Uşaq birliyi rəhbəri Sinarə Məmmədova dəvamiyyətin yüksəldilməsindən, psixoloq Ülviyyə Cəbrayılova yeniyetmələrdə psixoloji işinin düzgün təşkili üçün valideyn əməkdaşlığının zəruriliyindən, Mehparə müəllim, Elnurə müəllim, Elmayə müəllim, Fidan müəllim, Gülnarə müəllim isə təlimə marağın artmasının zəruriliyindən söhbət etdi. Valideynlərin təklifləri dinlənildi, şagirdlər haqqında ümumi məlumat verildi. Mövcud pandemiya şəraitini nəzərə alaraq növbəti iclasın təşkili gözlənilir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi