Buraxılış siniflərində vəziyyətin araşdırılması ilə bağlı növbəti iclas keçirilib.

Buraxılış siniflərdə tədrisin təşkili vəziyyətini araşdırmaq, buraxılış imtahanlarına yüksək hazırlıq, valideynlərin bu istiqamətdə maarifləndirilməsi, onlayn görüşlərin təşkil edilməsi ilə bağlı növbəti iclas keçirildi. İclasda çıxış edən məktəbin direktoru Nizaməddin Ağcayev qısa müddət ərzində monitorinq keçirmək üçün müvafiq test bazası təkmilləşdirilməli, həmçinin buraxılış imtahanlarında yüksək nəticə əldə etmək üçün yeni təkliflərin hazırlanmasının zəruri olduğunu vurğuladı. Valideynlərlə onlayn görüşlərin keçirilməsi və təhsilə marağın artması kimi məsələləri həll etmək direktor müavini Cəfərzadə Cavidə həvalə olundu. Təlim tərbiyə işləri üzrə direktor müavini Elşən Muqumov ötən tədris ilində baş verən ləngimələri aradan qaldırmaq üçün muəllim- şagird- valideyn əməkdaşlığını daha da guclənməlidir , deyə qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi