Tədbirlər planına əsasən Zəfər gününə həsr olunmuş kompozisiya keçirilib.

Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü.

Məktəbin tədbirlər planına əsasən tərbiyə işləri üzrə direktor müavini Cəfərzadə Cavid Əli oğlunun rəhbərliyi ilə məktəbin informatika müəllimi Könül xanım və Pərvanə xanımın təşkilatçılığı ilə zəfər bayramına həsr olunmuş kompazisiya keçirildi. Möhtəşəm tədbirdə Şəhid ailələri, qazilər, qazı ailələri, şagirdlər, müəllimlər, valideynlər iştirak edirdi. Tədbirdə çıxış edən ana vətən müharibəsi qazisi Ələkbər Sirinovun anasıBalaxanım Şirinova qazilərlə fəxr etdiyini, oğlunun timsalında bütün döyüşçülərin bayramını təbrik etdi, həmçinin şəhid ailələrinə allahdan səbr dilədi. Yekunda söz məktəbin direktoru Nizaməddin Ağcayev verildi. Məktəbin direktoru çıxış edərək bildirdi ki, prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strategiya nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Prezident İlham Əliyev 17 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüzün birmənalı olaraq təsdiq edildi. 8 noyabr Zəfər gününə həsr olunmuş möhtəşəm tədbirdə məktəbimizin qazi məzunları fəxri fərmanla mükafatlandırıldı. Allahdan bütün qazilər uzun ömür can sağlığı arzu edirik.

Qarabağ Azərbaycandır!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi