8 Noyabr Zəfər gününə həsr olunan idman müsabiqəsinin yarım final mərhələsi keçirilib.

Məktəbin tədbirlər planına əsasən tərbiyə işləri üzrə direktor müavini Cəfərzadə Cavid Əli oğlunun təşkilatçılığı ilə məktəbin fiziki tərbiyə müəllimləri Xatirə Məmmədova və Xanlar Yaqibekovun təqdimatında 8 noyabr Zəfər gününə həsr olunmuş idman müsabiqəsinin yarım final mərhələsi təşkil olunmuşdur. Əvvəlcədən komandalar müəyyənləşdi, qaydalar izah olundu, təlimatlar deyildi. Müsabiqənin qalibinə məktəbin direktoru tərəfindən Fəxri Fərman veriləcəkdir. Zəfər günümüz mübarək olsun.