E.Cəfərovun xatirəsinə həsr olunmuş "Cüdo"idman növü üzrə xatirə turniri keçirildi
İyul ayının 10-da Suraxanı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsini yad etmək,gənclərdə vətənpərvərlik hisslərinin yüksəldilməsinə nail olmaq,yeniyetmələrdə cüdo idman növünün təbliği və inkişafı,Azərbaycan Milli ordusuna fiziki hazırlıqlı gənclərin hazırlanması məqsədilə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Etibar Firuz oğlu Cəfərovun xatirəsinə həsr olunmuş "Cüdo"idman növü üzrə xatirə turniri keçirildi.Yarış 118 №-li məktəbin idman zalında keçirildi.140 nəfər idmançının iştirakı ilə keçirilən yarışma yarışı izləyənlərin böyük marağına səbəb oldu.Yarışın keçirilməsi bilavasitə təsdiq olunmuş hakimlər kollegiyasına həvalə olunmuşdur.Yarış qaydaları Beynəlxalq "Cüdo"Federasiyasının qaydalarına əsasən keçirilmişdir.Yarışda 18-21-24-27-30-34-38-42-46-50-55-60-65-71+ yaşlı uşaq,yeniyetmə və gənclərin iştirakı nəzərdə tutulmuşdur.Yarışın keçirilməsində Hövsan qəsəbə nümayəndəsi A.Əliyev,məktəbimizin direktoru N.Ağcayev,kənd ağsaqqalları,şəhidin atası və digər şəxslərdə yaxından iştirak edirdilər.Onlar çıxış edərək,belə yarışların keçirilməsinin gənclərimizin tərbiyəsində oynayacağı müsbət rol haqqında geniş danışdılar.Yarışda Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəisi A.Bağırov da iştirak edirdi.Göstərilən nəticələrə görə Hövsan qəsəbəsinin komandası 1-ci, Neftçi komandası 2-ci, Sumqayıt komandası 3-cü yeri tutmuşdur. hər çəki dərəcəsi üzrə birinci yeri tutmuş idmançılar Suraxanı rayon Gənclər və İdman İdarəsi tərəfndən təyin edilmiş diplom və medallar ilə təltif olundular.