İllik fəaliyyət planına əsasən məktəb psixoloqu tərəfindən yeniyetmələrlə iş aparılır.

UBT rəhbəri Sinarə Məmmədova və Məktəbin psixoloqu Ülviyyə Cəbrayılova zərərli vərdişlərin fəsadlarından, həmçinin tütün məmulatlarının ziyanı haqqında 8-ci siniflərdə tərbiyəvi söhbət aparmış, fikir mübadiləsi həyata keçirilmişdir. Pis vərdişlər - istər siqaret olsun, istər narkomaniya olsun, istərsə də dərman qəbulu, yuxusuzluq, stress və s. - əsasən cavan nəsli hədəf alır. Ailədən qopmaq, azadlıq, sərbəstlik həvəsində olan gənclər pis mühitə düşməzdən əvvəl özləri özlərini böyüdüklərinə inandırırlar.Gənclər "mən cavanam, mənə heç nə olmaz" düşüncəsinə hakimdirlər. Bu kimi problemlərin qarşısını almaq isə əsasən məktəb dövründə xüsusilə yeniyetmə yaşlarında daha effektiv olur. Zərurəti nəzərə alaraq məktəbimizdə bu yönümlü işləri mütəmadi olaraq yerinə yetirir. Şagirdlərlə mütəmadi işlər aparılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi