Məktəbəhazırlıq məşğələləri uğurla davam edir.
Məktəbin ibtidai sinif müəllimləri Soltanova Bahar və Balayeva Fəridənin rəhbərliyi ilə məktəbəhazırlıq məşğələləri uğurla davam etdirilir. Müəllimlərimiz 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, Əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, Ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək məsələlərinin öhtəsindən uğurla gəlirlər. Buda məktəbəhazırlıq təhsilinin ibtidai təhsilə keçidini asanlaşdırır və uşağın ibtidai təhsilə adaptasiya olunmasına müsbət təsir edir.