Bir qrup şagirdlə Şəhidlər Xiyabanı ziyarət olundu.

“XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Düz 30 ildən sonra qüdrətli Azərbaycan ordusu erməni işğalçılarına məhv edərək işğal altında olan torpaqlarımızı azad etmişdir. Prezident İlham Əliyevin sərəncamı ilə 8 noyabr Zəfər günü kimi qeyd ediləcəkdir. Məktəbin tədbirlər planına əsasən tərbiyə işləri üzrə direktor müavini Cəfərzadə Cavid Əli oğlunun təşkilatçılığı ilə Məhərrəmova Çinarənin rəhbərliyi ilə bir qrup şagirdlərimiz Fəxri Xiyabanda olublar. İlk öncə məktəbin şəhid məzunu Mərdənov Vaqif Ədalət oğlunun məzarı ziyarət olunmuşdur. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, şəhidlərin məzarı üstünə gül dəstələri düzülmüşdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi