Respublika gününün sevincini yaşadılar
May ayını 27-də 2-c sinfində 28 May Respublika günü münasibətilə tədbir keçirildi.Tədbirin təşkilatçısı 2-c sinfinin rəhbəri Fəridə Babayeva tədbiri açaraq,bütün uşaqları,valideynləri və müəllimləri Respublika Günü münasibətilə təbrik etdi. O, bu tarixi günün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olduğunu və Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini söylədi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi. XX əsrin sonlarında keçmiş SSRİ-nin süqutundan sonra Azərbaycanın yenidən öz dövlət müstəqilliyini bərpa etdiyini qeyd edən F.Babayeva, müstəqilliyimizin əbədi və dönməz xarakter almasında ulu öndər Heydər ƏIiyevin əvəzsiz xidmətləri olduğunu diqqətə çatdırdı.Sonra balaca fidanların ifasında vətən,müstəqillik,hərbi-vətənpərvərlik mövzularında şeirlər,mahnılar səsləndirildi.Tədbirdə iştirak edən məktəbin direktoru N.Ağcayev ikinciləri təbrik etdi və onların bayram tədbirini təşkil edən Fəridə müəllimə təşəkkürlərini bildirdi.O,həmçinin müstəqil Azərbaycanın uğurlu dövlət siyasəti haqqında balacalara ətraflı məlumat verdi.Tədbir balacaların maraqlı və rəngarəng çıxışları ilə davam etdirildi.