DÜNYANIN HƏR YERİNDƏ XOŞBƏXT OLSUN UŞAQLAR

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir. Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Ölkəmizdə indi də uşaqlara qayğı ildən-ilə artır. Bu, Heydər Əliyev Fondunun da əsas prioritetlərindən biridir. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva nəcib missiyası ilə bütün Azərbaycan uşaqlarının ən böyük dostu və ən böyük himayədarıdır.Azərbaycan uşaqlarına qayğı bu gün də diqqət mərkəzindədir. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də bu sahəyə diqqətdən xəbər verir. Bu həm də onu göstərir ki, Azərbaycan dövləti uşaqların sabahı üçün böyük tədbirlər görür.Ulu öndərin xatirəsinə ehtiram olaraq yaradılan Heydər Əliyev Fondu böyük rəhbərin bu sevgisini, humanist ideyalarını da layiqincə yaşadır. Fondun Prezidenti Mehriban Əliyeva “Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır” devizini tutaraq, çox sadə bir mərama söykənib: ”Azərbaycan uşaqlarını bəxtəvər görmək.”Fondun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb”, ”Təhsilə dəstək”, "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", “Kor və zəif görən insanların İKT-yə çıxışının təmin edilməsi” layihələrinin reallaşdırılması, xeyriyyəçilik tədbirləri, cərrahiyyə əməliyyatları, peyvəndləşdirmə aksiyaları əsl şəfqət və mərhəmət, xeyirxahlıq nümunəsinə döndü. «Uşaqların Beynəlxalq Müdafiəsi günü»nə həsr olunmuş silsilə tədbirlər planına əsasən 26.05.2016-cı il tarixdə məktəbin foyesində şagirdlərimizin əl işlərindən ibarət sərgi keçirildi. Gənc rəssamlarımız canlı olaraq rəsm masalarının arxasında öz məharətlərini nümayiş etdirirdilər. Digər masalarda bəzi şagirdlərimiz toxuyur, digərləri isə dərziliklə məşğul idilər. Şagirdlərimizin əl işlərindən ibarət sərgi nəinki məktəb kollektivinin hətta qonaqlarımızın da diqqətini cəlb etdi. Məktəb-valideyn icması ilə görüşə gələn Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və digər qonaqlar maraqla uşaqların əl işlərini seyr etdilər. İcra başçısı uşaqlarla çox səmimi dialoqa girdi və onlara yaradıcılıqları barədə müxtəlif suallar verdi. Sonra məktəbin foyesini və sinif otaqlarını gəzərək İlqar Abbasov müəllim və şagirdləri narahat edən hər hansı bir problemin olması ilə maraqlandı. Hörmətli qonaq məktəbimiz haqqında xoş təəssüratlarını söylədi və məmnunluğunu bildirdi.İcra başçısı ilə xatirə şəkilləri çəkildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi