Məktəbimizdə «Hörük həftəsi» keçirildi

«Deyəndə ki,«Saçınızı qoşa hörük hörmək üçün, uclarına bəyaz lenti kəpənək tək vurmaq üçün, siz çox şeydən keçəcəksiz, hələ də sən, için için alovlanıb yanacaqsız, onda məni anacaqsınız». Əziz muəllimim dediklərin doğru imiş sətir-sətir. Nə olar sən o günləri bircə anlıq geri gətir...».Məktəbli qızların pak və saf simalarını daha da aydınlaşdıran ağ lentli hörükləri məktəb illərindən qalan və silinməyən xatirələr sırasındadır. Hörüklər uzun illər qırmızı xalıya çıxan məşhur qadınlar üçün gözəllik xammalı olub. Qədimdən gənc qızlar gözəl görünmək üçün saçlarını hörərdilər. Misir, balıq quyruğu, yaxud fransız hörüyü deyilən model keçmişdə qızların ən çox müraciət etdiyi model hesab olunurdu. Ən uzun hörüklərin sahibi XIX əsrdə İngiltərədə yaşamış Ovens adlı bir qadın idi. Onun hörüklərinin uzunluğu 2 m 50 sm olmuşdur.118 №-li tam orta məktəbdə psixoloq İlahə müəllimənin təşəbbüsü ilə «Hörük həftəsi» keçirildi. 1 həftə ərzində 1-ci sinifdən 11-ci sinfə qədər olan qız şagirdlərimiz saçlarını hər gün müxtəlif formalarda hördülər. Hörüklər əsrarəngiz naxışlarla bəzənmiş xalıya bənzəyirdi. Şagirdlərimiz böyük həvəslə gözəl saçlarını hörüklərin zərif ahənginə təslim etmişdilər və hətta qızlar arasında «Ən yaxşı hörük» sahibi uğrunda mübarizə gedirdi. İlahə müəllimə həftənin sonunda xüsusilə seçilən şagirdlərimizi təbrik etdi və bu ənənənin davam etməsnini tövsiyə etdi. «Hörük həftəsi»nin bitməsinə baxmayaraq hələ də qızlarımız gözəl hörükləri ilə gözləri oxşayırlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi