Müəllimlərimizi tanıyaq layihəsi!!!
Müəllimlərimizi tanıyaq layihəsi!!!
E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin Rus dili müəllimi Xalidə Süleymanova
İnsanın formalaşmasında təhsilin böyük rolu vardır. Məhz bunun nəticəsidir ki, valideynlər uşaqlarının yaxşı təhsil almasına, tərbiyəsinə və vətənpərvər olmasına , vətəndaş kimi yetişməsinə ümid bəsləyir. Odur ki, təhsilə rəhbərlik edən hər bir şəxs öz işini məhz bu baxımdan qurmalı , uğurlu və yüksək nəticələr əldə etməlidir.
Suraxanı məktəbləri arasında yüksək nəticələr etmiş məktəblərdən biri də Etibar Cəfərov adına 118 nömrəli tam orta məktəbdir. Bu məktəbdə çoxlu sayda təcrübəli müəllimlər çalışır. Onlardan biri də Süleymanova Xalidə İslam qızıdır. O, 1959-cu ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1966-1976-cı illərdə Gəncə şəhəri 17 nömrəli dəmiryolu məktəbində təhsil alıb. 1978–ci ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı Pedaqoji İnsititutuna qəbul olub. 1983-cü ildə insititutunu “Rus dili və ədəbiyyatı” müəllimi və “ rus dilinin metodisti” ixtisası üzrə bitirib.
Ilk pedaqoji fəaliyyətə 1986-cı ildə Binəqədi rayonundakı 135 nömrəli orta məktəbdə başlamışdışr. 30 ilə yaxın həmin təhsil ocağında şagirdlərin təlim- tərbiyəsi ilə məşğul olub. 2011-ci ildən Suraxanı rayonu üzrə 118 nömrəli məktəbə köçürülmə yolu ilə rus dili müəllimi işləyir. Suraxanı rayonunun Hövsan qəsəbəsində rus dili fənninin daha mükəmməl mənimsənilməsində əlindən gələni əsirgəməyib. Artıq 10 ildir ki, məktəbdə rus dili gecələlərinin , 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü, 20 Yanvar faciəsi, 15 iyun- Qurtuluş Gününə həsr olunmuş geniş tədbirlər keçirmişdir.
Pedaqoji fəaliyyəti dövründə dəfələrlə dəyirmi masa, açıq dərslər təşkli etmiş, “Rus dili” gecələri və başqa tədbirlər keçirmişdir. Məktəbin ictimai işlərində fəal iştirak edir. İki kitabda məqalələri işıq üzü görüb. Valideynlər və şagirdlər tərəfindən rəğbətlə qarşılanıb. Hazırlaşdırdığı məzunların əksəriyyəti ali və orta ixtisas məktəblərinə yüksək balla qəbul olublar. Bu da o deməkdir ki, təcrübəli müəllimlərin zəhməti heç də hədər getməyib.
Sonda Xalidə məllimə bildirdi ki, peşəmi çox sevirəm, uşaqlarla işləməyi, onlara yeni materialları həvəslə öyrətməyə çalışıram. Məktəbdəki işin öz çətinlikləri var, çünki müəllimin işi yalnız dərs verməklə deyil sinifdənkənar fəaliyyətlər , həm də gənc müəllimlərin başa düşmədiyi mövzularda onlara yardımçı olmaqdır.
Bir daha vurğuladı ki, müəllim olduğum üçün çox şadam . Məktəbdə keçirdiyimiz hər gün bizi uşağlığa qaytarır. İldən – ilə daha da müdrik olub, təcrübə qazanırıq . Uşaqlar bizimlə böyüyürlər.