"Qarabağın füsunkar təbiəti" mövzusunda onlayn təqdimat keçirildi

Azərbaycanın füsunkar və dilbər guşəsi, dünyada çox nadir və təkraro￾lunmaz iqlimə, bitki örtüyünə və heyvanlar aləminə malik olan Qarabağ tor￾paqları uzun illər düşmən tapdağı altında qalmışdı. Nəhayət, II Qarabağ

müharibəsi zamanı bu torpaqlar işğaldan azad olundu. Vətən müharibəsi

nəticəsində eyni zamanda yalnız Azərbaycan üçün endemik olan, dünyanın

heç bir yerində təbii halda rast gəlinməyən bir çox bitki növləri ilə yanaşı,

heyvan növləri də düşmən tapdağından azad edildi.

Qarabağ ərazisində bir çox bitki növləri, o cümlədən Hirkan şümşadı, Qaf￾qaz xədicəgülü, gözəl təkəsaqqal, ayı fındığı, adi şabalıd, Şərq çinarı, sağsa­ğan gülxətmisi, təkdənli buğda, Qarabağ dağlaləsi və s. yayılmışdır. Azərbaycanın Şuşa, Laçın, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları dərman bitkilərinin vətəni hesab olunur. Bu ərazilərdə kəklikotu, qantəpər, qırxbuğum,

andız, itburnu, əvəlik, erkək qıjı, qatırquyruğu, boymadərən və s. dərman bit￾kilərinə rast gəlinir. Müalicə məqsədilə dərman bitkilərinin yarpağından, kök və kökümsovlarından, tumurcuğundan, ağac və kolların qabıqlarından istifadə

olunur.

Məktəbin tədbirlər planına əsasən Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi ilə bağlı təhsil nazirinin F-512 saylı əmrini təmin etmək məqsədi ilə tərbiyə işləri üzrə direktor müavini Cəfərzadə Cavid Əli oğlunun təşkilatçılığı ilə, məktəbin biologiya müəllimi Azər müəllimin təqdimatında "Qarabağın füsunkar təbiəti" mövzusunda onlayn təqdimat hazırlamisdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi