Xarı Bülbül” Şuşanın milli simvoludur.

Məktəbin tədbirlər planına əsasən məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aynur Qafarli uşaqlara Xarı bülbül haqqında geniş məlumat vermişdir. Qısa olaraq məruzənin kiçik hissəsini sizinlə bölüşürük.

Xarı Bülbül” Şuşanın milli simvoludur. Dünyanın heç bir yerində rast gəlinməyən Xarı bülbül tanrının bizə göndərdiyi ən böyük möcüzədir. Təbiətin möcüzəsidir. Xarı bülbül sanki gülün üzərinə qonmuş bülbülü xatırladır. Bülbülün bağrının altındakı gül al-qırmızı rəngə boyanıb. Bu çiçəklər əsasən Alp çəmənliyində olur. Aran yerdə tez solsa da dağlarda uzun müddət qalır.

Vətən bağı al-əlvandır.

Yox içində "Xarı bülbül”,

Ömür sürməli dövrandır,

Səsin gəlsin barı bülbül.

Xarı Bülbül haqqında bir çox rəvayətlər mövcuddur. Belə deyirlər ki, Qarabağ xanının qızı Ağabəyim ağanı İran şahlarından birinin oğluna verirlər. O vaxt xanlıqlar arasında əlaqələr yaratmaq üçün "Nigah diplomatiyası” deyilən qız alverindən istifadə edirdilər. Ağabəyim ağa da belə bir izdivacın qurbanı olmuşdu. Xan qızı qüssələnməsin deyə şahzadə sarayın yaxınlığında onun üçün bir vətən bağı saldırmış, Qarabağ torpağının yetirdiyi bütün ağaclardan, gül-çiçəklərdən gətirib həmin bağda əkdirmişdi. Amma nə qədər ediblərsə də "Xarı Bülbül”ü əmələ gətirə bilməyiblər. Bu xalq mahnısı da elə o vaxtdan yaranıb, həmin ovqata köklənib

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi