Mövcud şərait çərçivəsində məktəb rəhbərliyi onlayn iclas keçirmişdir.
Xüsusi karantin qaydaları nəzərə alınmaqla, mövcud şərait çərçivəsində məktəb rəhbərliyi onlayn iclas keçirmişdir. İclasda gündəlikdə duran cari məsələlər müzakirə olundu, təkliflər dinlənildi. İlk sozu məktəbin direktoru Nizaməddin Ağcayev çıxış edərək bildirdi ki, tədrisin keyfiyyətinə əməl edilməli, distant təhsilin mahiyyəti təbliğ olunmalı, distant dərsə qatılmağın vacibliyini ictimaiyyətə çatdırmalıyıq. Daha sonra tərbiyə işləri üzrə direktor müavini Cəfərzadə Cavid mövcud əmr və qərarların icrası vəziyyəti ilə bağlı, sinifdənkənar işlərin təşkili qaydalarından söhbət etdi, onlayn şəkildə icra edilən işlərin,tədbirlərin keyfiyyətindən danışıdı İradlarını bildirdi. Daha sonra drektor müavinləri Elşən Muqumov, Şəfiqə Həsənova çıxışında bildirdilər ki, sənədləşmə işlərinin düzgün təskili, təlim keyfiyyətinin yüksəldilməsi əsas prioritet istiqamətdir. Yekunda çıxış edən Nizaməddin Ağcayev xüsusi ilə qeyd etdi ki, hər kəs təhsil üçün, cəmiyyət üçün hər kəs üzərinə düşən öhdəliyi yerinə yetirməli, vətəndaş olaraq, təhsil işçisi olaraq vaksinləşdirmədə aktiv iştirak etməlidir.