Müəllimlərimizi tanıyaq layihəsi!!!

    Mən Musayeva Nüşabə Məcnun qızı  1968- ci il  1 dekabrda Qəbələ rayonu Soltan Nuxa  kəndində anadan olmuşam. Orta  məktəbi həmin kənddə bitirmişəm.

       H. Zərdabi adına Gəncə  Dövlət Pedaqoji  İnstitutunun   İbtidai təlim pedaqogikası  və  metodikası fakültəsini bitirmişəm.

     1990-cı  il   Qəbələ rayon  Uşaq  Yaradıcılıq  Mərkəzində  dərnək rəhbəri kimi  işə  başlamışam.

     1993-cü ildə Qəbələ  rayon Soltan Nuxa  kənd orta məktəbində İbtidai sinif müəllimi  işləməyə başlamışam.

     1995-ci ildə  həmin məktəbdə  İbtidai siniflər üzrə direktor müavini vəzifəsinə təyin olunmuşam.

     Yaşayış yerimi dəyişdiyimə görə müəllimlikdən azad olunmuşam. Ancaq UYM-dəki  işimi  2002 –ci ilə kimi davam etdirmişəm.

    2002- ci ildə E. Cəfərov adəna 118 n-li  məktəbə işə qəbul olunmuşam. Hal-hazırda  həmin məktəbdə  ibtidai  sinif müəllimi işləyirəm.

   Artıq  pedaqoji stajım  31 ildir.

  Ailəliyəm. Həyat yoldaşım  mühəndisdir.  2 övladım var.  Oğlum  Tunar Musalı ATU-nin  Kompyüter  elmləri  fakültəsində oxuyur. Oğlum  Sinar Musalı  Bakı Avrasiya Universitetinin Amerika-Kanadaşünaslıq  fakültəsinin tələbəsidir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi