Xüsusi karantin qaydalarına əsasən distant dərslərimiz davam edir. Rəhbərlik mütəmadi olaraq dərsləri müşahidə edir.
Bəşərin son yüz ildə ilk dəfə qarşılaşdığı bir vəziyyətlə üz-üzəyik. Dünyanı öz ağuşuna almış koronovirus pandemiyası insanları sosial izolyasiyaya məcbur edib. Hazırda az öncə iflic vəziyyətinə düşmüş dünya iqtisadiyyatı dirçəlməyə can atır. Statistik göstəricilər onu deməyə imkan verir ki, həyəcan dolu anlar arxada qalıb. Dünya üzrə müalicə olub sağalanların sayı xəstəlikdən ölənlərin sayından daha çoxdur. Lakin hələ də yoluxma halları var. COVİD-19 epidamiyasına qarşı açılan savaş hələ də davam edir.
Xüsusi karantin qaydalarına əsasən distant dərslərimiz davam edir. Rəhbərlik mütəmadi olaraq dərsləri müşahidə edir.