Tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunma forması distant təhsil adlanır.

Qloballaşma şəraitində distant təhsilin məqsədi müasir informasiya texnologiyalarından istifadə etməklə təhsilalanın ixtisasının artırılmasıdır. Distant təhsil formasını ilk yaratmaq cəhdi 1840-cı ilə təsadüf edir. Həmin vaxt İsaak Pitman poçt məktubları vasitəsilə Birləşmiş Krallıqda tələbələrə stenoqrafiyanı öyrətməyə başlamışdır. Uzun illər keçən dövr ərzində texnoloji yanaşmalar və tələblər dəyişmişdir. Distant iş yeni növ ünsiyyət modeli kimi bütün fəaliyyət sahələrini əhatə etməyə təminat verir.

Pandemiya dünyada gözlənilməyən problemlər meydana gətirdi. İnsanların birbaşa ünsiyyəti və müəssisələrin idarə edilməsində çətinliklər yarandı. Ölkəmizdə distant iş və onlayn menecmentliyin tətbiqində təhsil sahəsi maraqlıdır. Artıq bu sahədə uğurlu distant və onlayn texnoloji əsaslara uyğunlaşan əməli işlər həyata keçirilir.

Tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunma forması distant təhsil adlanır. Pedaqoji prosesdə distant təhsildə hər iki tərəf arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks-əlaqə əsasında, uzaq məsafədən həyata keçirilir.

Distant təhsilin xarakterik xüsusiyyətlərinə müəllimin yeni rolu, tədrisin keyfiyyətinə nəzarət, təlimdə fərqli vasitə və texnologiyalardan istifadə aid edilir.

Müasir dövrdə texnologiyanın inkişafı təhsil sisteminə öz təsirini göstərərək distant, yəni müəyyən məsafədən keçirilən təlim-tədris sistemi yaranıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi