Ulu öndər Heydər Əliyev müəllim adını uca tutardı, müəllimliyi bütün peşələrdən ən şərəflisi hesab edərdi.

Müəllimlik olduqca şərəfli peşədir. Müəllim yüksək əqidəyə, mədəniyyətə və mənəviyyata malik olaraq daim düzgün vətəndaşlıq mövqeyi nümayiş etdirməlidir. Bütün dövrlərdə müəllim əməyi yüksək qiymətləndirilib. Tarixi şəxsiyyətlərin bu insanlar haqqında dəyərli fikirləri, həmişə olduğu kimi, indi də öz əhəmiyyətini qoruyub saxlayır. Cəmiyyətdə müəllimlərə həmişə böyük hörmət olub. Ulu öndər Heydər Əliyev müəllim adını uca tutardı, müəllimliyi bütün peşələrdən ən şərəflisi hesab edərdi.

O, müəllimlər haqqında bu sözləri deyib: "Həqiqi müəllim adını daşıyan insan həmişə, tarixin ən çətin dövrlərində dəyanətli, dözümlü olubdur və

mənəviyyatını hər şeydən yüksək tutubdur".

Müəllim əməyinin stimullaşdırılması vacib məqamlardan biridir. Məktəbin musiqi müəllimi Həsənova Könül məktəb rəhbərliyi tərəfindən fəxri fərmanla təltif edilmişdir.

Könül müəllimə timsalında bütün pedaqoji işçilərə fəaliyyətində uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi