Müəllimlərimizi tanıyaq layihəsi!!!
Müəllimlərimizi tanıyaq layihəsi!!!
E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin direktoru Nizaməddin Fərhad oğlu Ağcayev
Ağcayev Nizaməddin Fərhad oğlu 24 dekabr 1967-ci ildə Azərbaycan Respublikasının Tovuz rayonunun Çeşməli kəndində anadan olmuşdur. 1975-ci ildə Çeşməli kənd orta məktəbinə getmiş, 1985-ci ildə həmin məktəbi bitirmişdir. 1985-ci ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun riyaziyyat-informatika fakultəsinə daxil olmuşdur. 1986-cı ildə hərbi xidmətə getmiş, 1988-ci ildə təhsilini davam etdirmişdir. 1992-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun riyaziyyat-informatika fakultəsini "Fərqlənmə Diplomu" ilə bitirərək təyinatla Bakı şəhəri M.Mehdiyev adına 280 nömrəli tam orta məktəbə riyaziyyat müəllimi təyin olunmuşdur. 1996-cı ilin fevral ayının 16-da Bakı şəhəri Ə.Məmmədov adına 76 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini təyin olunmuşdur. 13 aprel 2001-ci il tarixdən Bakı şəhəri E.Cəfərov adına 118 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin olunmuşdur. 23 sentyabr 2004-cü il tarixdən Bakı şəhəri M.Mehdiyev adına 280 nömrəli tam orta məktəbə direktor təyin olunmuşdur. 27 fevral 2015-ci il tarixdən Bakı şəhəri E.Cəfərov adına 118 nömrəli tam orta məktəbdə müvəqqəti olaraq direktor vəzifəsini icra etmiş, 3 sentyabr 2015-ci il tarixdən həmin məktəbə direktor vəzifəsinə təyin olunmuşdur və hal-hazırda həmin vəzifədə işləyir. 1990-1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və "xüsusi çavuş" rütbəsinə layiq görülmüşdür. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl Təhsil işçisi" döş nişanı ilə təltif olunmuşdur. Azərbaycan Vətən Müharibəsi Veteranları Cəmiyyətinin "Milli Ordu-100" medalı ilə təltif olunmuşdur. Ailəlidir, iki övladı var.