"Pis, xoşagəlməz vərdişlərdən qurtulmaq lazımdır. Və nə qədər tez qurtulsaq, bir o qədər yaxşıdır."
Pis, xoşagəlməz vərdişlərdən qurtulmaq lazımdır. Və nə qədər tez qurtulsaq, bir o qədər yaxşıdır. Uşaqlarda bəzi mənfi vərdişlərin əmələgəlmə səbəblərini və onlardan xilas olmağın yollarını araşdıraq. Özümüzə kənardan baxaq. Pis vərdişlərin tərgidilməsində ailədə qarşılıqlı münasibətlərin normallaşmasının, uşağa, onun problemlərinə qarşı diqqətli münasibətin yaranmasının çox böyük önəmi var. Böyüklər həyəcan və narahatçılığın səbəblərini aydınlaşdırmalı və onları dəf etməkdə övladlarına yardım etməlidirlər.