"Məktəbin tədbirlər planına əsasən məktəbion psixoloqu Ülviyyə Cəbrayılovanın təqdimatında "Buling ve zorakılığa munasibətimizi dəyişək" mövzusunda söhbət aparılmışdır."

Ən çox bullinq halları o məktəblərdə olur ki, orada şagirdlər laqeyddir və məyusdurlar, onların tələbatları heç kim tərəfindən tanınmır və təmin edilmir. Dərs buraxma və ya vandalizm halları ilə müqayisədə insan şərəfinin təhqirinin daha ağır pozuntu hesab edildiyi yerlərdə bullinqə nadir hallarda rast gəlinir. Son zamanlar isə internet-təqib (kiberbullinq) - internet, elektron poçt, SMS və s. vasitəsilə təqib də geniş yayılıb. Aqressiv təqibin qurbanı güclü və ya bacarıqlı olub-olmamasından asılı olmayaraq, istənilən uşaq ola bilər. Ancaq əksər hallarda bu cür davranışların qurbanı olanlar digərləri arasından daha çox seçilənlərdir (qəribə geyim tərzi olan, özünü qəribə aparan və b.). Həmçinin potensial qurbanlar özündən tez çıxan, emosiyalara asan təslim olanlardır. Əgər sizin uşağınızı ələ salırlarsa, siz valideyn kimi, uşağın şikayətlərini diqqətlə dinləməli və buna ciddi yanaşmalı, qulaqardına almamalısınız. Valideynlərin dəstəyi sayəsində uşaqlar məktəbdə üzləşdikləri problemləri daha asan yaşaya bilərlər. Həmçinin məktəb müəllimlərinə müraciət etmək və onların diqqətini bu problemə yönəltmək lazımdır. Ən kritik vəziyyətdə polisləri cəlb etmək və hətta təhsil yerinin dəyişilməsi haqqında düşünməyə də dəyər. Məktəbin tədbirlər planına əsasən məktəbion psixoloqu Ülviyyə Cəbrayılovanın təqdimatında "Buling ve zorakılığa munasibətimizi dəyişək" mövzusunda söhbət aparılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi