"Məktəbin tədbirlər planına uyğun olaraq psixoloq Ülviyyə Cəbrayılovanın təşkilatçılığı ilə risk qrupuna aid uşaqların müəyyən edilməsi ilə bağlı test keçirilmişdir."
Ümumtəhsil məktəblərində çətin tərbiyə olunan, hüquq pozuntuları törədən, bu və ya digər mənada zorakılığa məruz qalan, valideynləri ayrılan və ya hər iki valideynini itirmiş, himayədə yaşayan, qəyyumluğa verilmiş şagirdlər müəyyənləşdirilib. Həmin şagirdlər yerli təhsili idarəetmə orqanları, məktəb rəhbərliyi və pedaqoji kollektivlər tərəfindən nəzarətə götürülüb. Eləcə də ümumi təhsil müəssisələrində sadalanan kateqoriyalara aid hər bir şagirdin psixoloji durumunun öyrənilməsi istiqamətində iş aparılır. Məktəbin tədbirlər planına uyğun olaraq psixoloq Ülviyyə Cəbrayılovanın təşkilatçılığı ilə risk qrupuna aid uşaqların müəyyən edilməsi ilə bağlı test keçirilmişdir.