"Məktəb mühitində təlim-tərbiyə işinin təşkili fəaliyyətin başlanğıc və davamının uğurlu olmasının təminatıdır."
Məktəb mühitində təlim-tərbiyə işinin təşkili fəaliyyətin başlanğıc və davamının uğurlu olmasının təminatıdır. Tam təhsil mühiti yaratmaq və əsas məqsədə çatmaq xüsusi nizam-intizamdan və qaydaların tətbiqindən asılıdır. Müasir təlim metodları məktəbdə şagirdi dövrün tələblərinə uyğunlaşa biləcək bir şəxsiyyət kimi formalaşdırmaqdan əlavə, eyni zamanda da qarşımızda bir çox vəzifələr qoyur. Çünki məktəb şagirdin müxtəlif yaş dövrlərinə uyğun olaraq təlim-tərbiyə sistemi həyata keçirir.
Bu yaradılmış mühit də hər yaş dövründə onun xarakterinin düzgün formalaşmasına mühüm təsir göstərir. Tərbiyə işi anlayışı bir məna daşımır və bu prosesə təkcə bir prizmadan baxmaq doğru deyildir. Bir pedaqoq dərs dediyi şagirdin bacarıqlarının inkişafını təmin etmək üçün bütün müşahidə və diqqətini yönləndirərək, həm individual yanaşmalarla, həm kollektiv münasibətlərlə, həm də fərdi görüşlərlə bir metod müəyyənləşdirməlidir. Müəllim müxtəlif situasiyalarda şagirddə özünəinam hissini yaratmaq üçün həm dərs zamanı, həm də dərsdənkənar əlverişli şərait yaratmalıdır. Bununla bərabər hər bir təlim zamanı tərbiyə işi arxa plana keçməməlidir. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Cəfərzadə Cavid Əli oğlunun təşkilatçılığı ilə 7- ci siniflərdə tərbiyə işinin düzgün təşkili qaydasını yoxlamaq məqsədi ilə sorğu keçirilmişdir. Əvvəlcədən nəzarətçilər müəyyənləşdirilmişdir.