"Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən (BŞTİ) 5 mart-Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş onlayn görüş keçirilib".
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən (BŞTİ) 5 mart-Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş onlayn görüş keçirilib.
Onlayn görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, fiziki tərbiyə müəllimləri və 2020-ci ildə idman sahəsində uğur va nailiyyətlərinə görə fərqlənən məktəblilər iştirak edib.
Görüşdə çıxış edən BŞTİ müdiri Mehriban Vəliyeva ölkəmizdə idman siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini, respublikamızda idmana və idmançılara yüksək diqqət və qayğı göstərildiyini bildirib. Ölkəmizin dünyanın ən mötəbər idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini deyən idarə müdiri Azərbaycanın artıq dünyanın idman mərkəzlərindən birinə çevrildiyini və dünyada idman ölkəsi kimi tanındığını qeyd edib. Həmçinin ümumi təhsil müəssisələrində idman infrastrukturunun ilbəil yaxşılaşdığını söyləyən M.Vəliyeva təhsil müəssisələrində idman sahəsi üzrə uğur qazanan məktəblilərin sayının da artdığını söyləyib. Bu görüşdə məktəbimizin şagirdi Vəlizadə Uğur Mürvət oğluda iştirak etmişdir. Sagirdimizə təhsil və idman fəaliyyətində uğurlar arzu edir, daha yüksək nailiyyətlər əldə etməsini diləyirik.