"Məktəbin tədbirlər planına əsasən psixoloq Ülviyyə xanımın təşkilatçılığı ilə dərsdən sonra uşaqlarla intihar çıxış yolu deyil başlığında tədbirlər keçirilmişdir".
Sonu ölümlə nəticələnəcəyini bilərək seçilən hər hansı bir üsulun birbaşa, ya da dolayı olaraq meydana gətirdiyi ölümə intihar deyilir . İntihar eyni zamanda dözülməz dərdlərin, daşınmaz məsuliyyətlərin, çaşmış, pozulmuş, gücü zəifləmiş qürurun seçdiyi bir həll yoludur. İntiharın sonu ölüm, intihara aparan yol isə intihar düşüncəsi ve intahara cəhddir . İntihara cəhd ölümlə nəticələnməyən, amma başqaları tərəfindən də qarşısı alına bilməyən insanın özünə zərər vermə davranışıdır. Dünyadakı ölümlərin 1%-ni intiharlar təşkil edir, ölüm səbəbləri içərisində isə ilk 10 səbəbdən biri intihar olaraq qeyd edilir. Dünya Səhiyyə Təşkilatının (WHO) statistikasina görə dünyada hər 40 saniyədən bir intihar sonrası ölüm olur.
Məktəbin tədbirlər planına əsasən psixoloq Ülviyyə xanımın təşkilatçılığı ilə dərsdən sonra uşaqlarla intihar çıxış yolu deyil başlığında tədbirlər keçirilmişdir.