"Biz ingilis dilində danışa bilirik"adlı tədbir keçirildi

May ayının 20-də məktəbimizin ingilis dili müəllimləri Sənubər Abbasova,Sevda Səfizadə,Aygün İsmayılzadənin təşkilatçılığı ilə "Biz ingilis dilində danışa bilirik"adlı tədbir keçirildi.Tədbir 3-9-cu siniflər arasında müsabiqə formatında təşkil olunmuşdur.Siniflər bir-biri ilə ingilis dilində şeirlər söyləyərək,mahnılar oxuyaraq və səhnəciklər göstərərək yarışmışlar.Siniflərin bacarıqları münsiflər heyəti tərəfindən qiymətləndirilmişdi.Qalib gələn və fərqlənən siniflər fəxri fərmanlarla təltif olunmuşdu.3-5-ci siniflər arasında 1-ci yeri 5-a sinfi,2-ci yeri 5-c sinfi,3-cü yeri 5-b sinfi qazanmışdır.6-9-cu siniflər arasında isə 1-ci yeri 9-c və 8-c sinifləri,2-ci yeri 7-c sinfi,3-cü yeri 6-c sinifləri tutmuşdur.Tədbirdə iştirak edən digər iştirakçı siniflər də həvəsləndirici fəxri fərmanlar verilmişdir.Tədbirdə məktəbin direktoru Nizaməddin Ağcayev çıxış edərək,tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirdi .
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi