"Xocalı harayı"

Xocalı hadisələrinin 29 illiyi ilə bağlı "Məktəbin Tədbirlər Planı"na uyğun olaraq silsilə tədbirlərin keçirilməsinə start verilmişdir. Tədbirlər Pllanında şagirdlər arasında əl işləri, divar qəzetlərinin hazırlanması, şeir və kompozisiya müsabiqələri, "Xocalı harayı" abidə-kompleksinin ziyarət edilməsi nəzərdə tutulmuşdur. Məktəbin fiziki tərbiyə müəllimi Əfsanə Əliyevanın təşkilatçılığı ilə 5"B" sinif şagirdləri "Xocalı harayı" abidə-kompleksində hazırladıqları kiçik kompozisiyanı təqdim etdilər. Abidə önünə gül-çiçək dəstələri qoydular. Xocalı qurbanlarının ruhu artıq rahatlıq tapacaq və abidə qələbə əhval-ruhiyyəsi ilə onu ziyarət edənlərə ağuşunu açacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi