Şagirdlərin peşə seçimi istiqamətində növbəti görüş keçirildi
May ayının 18-də Hövsan qəsəbəsində 281 №-li tam orta məktəbdə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin müəllim və fakultə dekanlarından ibarət nümayəndə heyəti şagirdlərin peşə seçimində düzgün yol seçmələrini təmin etmək üçün Hövsan qəsəbə məktəblərinin 11-ci sinif şagirdləri ilə görüş keçirdilər.Görüşdə həmçinin,qəsəbə məktəblərinin direktorları da iştirak edirdilər.Çıxış edən fakültə dekanları universitetdə fəaliyyət göstərən fakultələr haqqında abituriyentlərə ətraflı məlumat verərək,abituriyentlərin məhz Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetini seçməkdə yanılmayacaqlarını bildirdilər.Görüş abituriyentlərin sualları və qarşılıqlı disskusiya şəklində davam etdirildi.Sonda universitetin imkanlarını əks etdirən xüsusi videoçarx nümayiş etdirildi.