E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin nəzarət planına uyğun olaraq karantin qaydalarının tələbləri gözlənilir.
Ümumdünya Səhiyyə Təşkilatının “COVID-19-un yayılması ilə əlaqədar təhsil müəssisələrində sağlamlığın qorunması tədbirlərinə dair tövsiyələr”i və Azərbaycan Respublikasında COVID-19 infeksiyasına qarşı aparılan profilaktik və epidemioloji tədbirlər üzrə əldə edilmiş təcrübələr əsasında hazırlanıb.
Bu Qaydaların əsas məqsədi xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində əyani formada tədris və təlim- tərbiyə prosesinin təşkilinə dair tələblərin müəyyən olunması və bu zamanı onun iştirakçılarının sağlamlığının qorunması üçün sanitariya və gigiyena qaydalarına əməl olunmasının təmin edilməsidir. Bu Qaydalar Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün təhsil müəssisələrinə (xüsusi təyinatlı ali və orta ixtisas təhsili müəssisələri istisna olmaqla) şamil olunur.
Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində əyani formada tədris və təlim-tərbiyə prosesinin başlanması müddəti “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” qaydalara əsasən ümumi təhsil müəssisələri öz fəaliyyətini davam etdirir. E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin nəzarət planına uyğun olaraq karantin qaydalarının tələbləri gözlənilir.