Risk qrupuna daxil olan uşaqlar

    Məktəbdə ailədən qaynaqlanan problemlər kifayət qədər çoxdur. Şiddət, inamsızlıq, soyuqluq, diqqətsizlik, ailə üzvlərinin bir-birini dinləməməsi və bu kimi başqa hallar məktəbdə ortaya çıxır və tədricən məktəbin də həlli vacib məsələsinə çevrilir. Bu da təbiidir. Məktəbdə müxtəlif ailələrdən gələn uşaqlar təhsil alır. Ayrı-ayrı qaydalarla böyüyən, müxtəlif tərbiyə metodları ilə yetişdirilən, bir-birindən fərqlənən münasibətlərlə qarşılaşan uşaq psixologiyası buna hazır olmadığından onun verdiyi reaksiya da məhz məktəbdə üzə çıxır. 
    Ümumiyyətlə, valideynlərlə danışarkən belə bir izahat ortaya çıxır: məni necə böyüdüblər, mən də elə böyüdürəm. Amma unudurlar ki, bu psixologiya müasir uşaqlarda işə yaramır. Ailədaxili şiddət faktoru ailədə və cəmiyyətdə normal sayıldığından, o zamanın uşaqları məktəbdə qarşılaşdıqları təzyiqləri normal qəbul edirdilər. Amma artıq məktəblilər müqayisə edə bilirlər. Haqlı olaraq deyirlər ki, sinif yoldaşı “3” aldığına görə onu evdə döymürlər, ancaq o “4” alanda döyülür. Və uşaq bu nəticəyə gəlir ki, ailədə onu sevmirlər”.
    Atasından şiddət görən uşaq məktəbdə başqalarının müdafiəçisinə çevrilir.
Atasına qarşı aqressiya göstərə bilmədiyi üçün mənfi enerjisini sinif yoldaşlarına qarşı yönəldir. Bu zaman əvəzetmə reaksiyası ortaya çıxır. Sinifdə haqqı pozulduğunu düşündüyü yoldaşlarının müdafiəsinə qalxır. Ailədə öz haqqını müdafiə edə bilmir, küçədə döyülən birinə qahmar çıxır, sinifdə yoldaşının alçaldılmasına sərt reaksiya verir. Bir sözlə, başqalarının hüquqlarının  müdafiəçisinə çevrilir.
Ailədəki sükutun səsi məktəbdə çıxır
    Məktəblinin ailədə qarşılaşdığı daha bir problem - susdurulmaları onlarda ciddi psixoloji problemlərə gətirib çıxarır. Ən müxtəlif formalarda - aqressivlik, özünə inamsızlıq və s. şəkildə üzə çıxan bu problemi valideynlər də etiraf edirlər: “Ata-analar uşaqlarını dinləmir, onları susdurmağa çalışırlar. 
    Məktəbli KİV-də
    Məktəbli üçün ən böyük problemlərdən biri də kütləvi informasiya vasitələrinin xəbərlərinə münasibətindən qaynaqlanır. Məktəbliləri və onların hər hansı düşünülməmiş, ancaq birbaşa taleyinə təsir edəcək davranışını xəbərin mərkəzinə gətirən media nümayəndələri bununla da məktəbli psixologiyasına zərbə vurur. Hazırda mediada hər cür - ailələrdə zorakılıq faktlarından tutmuş intiharlara qədər müxtəlif xəbərlər yayılır. Uşaqlar isə özünü həmin xəbərlərin “qəhrəman”larına bənzədirlər.
    Bu xəbərlərin təsiri şəksizdir. Amma bu cür xəbərləri ailədə uşaqdan gizlətməyə çalışmaq da doğru deyil. Bu, cəmiyyətdə baş verənlərə qarşı uşağın hazırlıqsız yaxalanmasına səbəb ola bilər. Gözünü açanda cəmiyyətdə qarşılaşdığı intihar, zorakılıq, aqressiya və başqa hallarla mübarizə apara bilməz və nəticə onun üçün daha ağır olar. Ən yaxşı halda həyatda daha çox səhv edib özünü itirər. Uşaqların valideynləri ilə söhbət eləmək imkanları olmalıdır. Münasibətlər elə qurulmalıdır ki, uşaq onu maraqlandıran suala valideynindən cavab ala bilsin, onun kimi səhvlərə meyilli olan həmyaşıdlarından yox
    Ailə: dəyərlərinizi qəbul etdirməyə çalışmayı

    Uşaqlarla danışmaq, onlara fikir sərbəstliyi vermək valideynə nə qazandıracaq? Valideyn övladını düzgün istiqamətə yönləndirə biləcək: “Valideynlər “uşağa yaraşmayan” hər hansı sualı eşitməkdən də, onu cavablandırmaqdan da qorxmamalıdır. Tutaq ki, yeniyetməlik dövrünə xas və böyüklərin qəbul etməkdə çətinlik çəkdiyi suallara görə uşağa aqressiv münasibət göstərmək lazım deyil. Bunun əvəzində ana, ya da ata övladına öz dəyərlər sisteminə uyğun cavablar verməlidir. Ancaq həmin dəyərləri də uşağa qəbul etdirmək üçün israr etməməlidir. Ona vaxt verməlidir ki, öz dəyərlər sistemini formalaşdırsın. Əks halda valideynini avtoritar kimi qəbul edəcək və ona qarşı mübarizə istəyi yaranacaq. Çox vaxt uşaq başlanğıcda valideyninin dəyərlər sistemini qəbul etməsə də, müəyyən vaxtdan sonra deyilənlərlə razılaşır. Amma bunun üçün ona zaman vermək lazımdır
    İxtisas seçimi və karyera planlaşdırması
    Hətta ixtisas seçimi və karyera planlaşdırılmasında şagirdlərə düzgün istiqamət vermək onların fəaliyyətini düzgün  istiqamətlərindirməyə yönəlir. Müəllimlər də psixoloqlarla məsləhətləşirlər
    Psixoloqlar, sadəcə, məktəblinin deyil, onların müəllimlərinin də daim yanındadır. Sinifdə şagirdlərlə münasibətlər heç də həmişə qaydasında olmur. Müəllimlər sinifdə aqressiv, idarəedilməsi çətin olan uşaqlarla bağlı məsləhət alırlar.
    Dərs prosesində ağır cəza tədbirlərinə üstünlük verən müəllimlərə isə fərqli münasibət var: “Uşaqları vurmaqla cəzalandıran müəllimlərlə bağlı inzibati tədbirlər görülə bilər. Biz isə onlarla  söhbət edə, öz məsləhətlərimizi veririk. Bəzi müəllimlər elə hesab edir ki, döyməklə, daha ağır cəza tədbirləri ilə daha yaxşı nəticə əldə edir. Bu halda həmin müəllimlə maarifləndirici söhbət aparırıq. Belə uşaqlarla necə davranmaq lazım olduğunu onlara izah edirik. Əksər vaxtlar müəllimlər tərəfindən şiddətə məruz qalan şagirdlər konsultasiyalara gələn uşaqlar olur. Bu halda, sadəcə, uşaqlar deyil, müəllimlər və valideynlərlə kompleks iş aparılır”.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi