Uşaqlarımızla necə davranmali və yeniyetməlik dövrü

           Uşaqlarımızla nece davranmalıyiq?
    Tez-tez "bizim dövrümüzdə yeniyetmələr belə deyildi, bizbelə hərəkətlər etməzdik, biz bu cür danışmazdıq" kimi fikirlər səsləndirilir. Çox qəribədir ki, hər dövrün ortayaşlı ata və anası düşünür ki, onlar öz dövrlərində fərqli olublar. Məsələ burasındadır ki, hər birdövrün yeniyetməsi və gənci özünə daha çox bənzəyir, nəinki keçmişə. Keçmişin onları qəbul edə bilməməsinin səbəbi isə sizin  məsələyə subyektiv yanaşmanizdir. Əslində illərdir ki, siz valdeynlerin yeniyetmələrlə bağlı şikayətlərinin səbəbi də məhz bunlardır.

     Yeniyetməlik dövrü 11-12 yaşdan başlayaraq 14-15 yaşadək orta məktəbin  beşinci-səkkizinci sinifşagirdlərini əhatə edir. 11-13 yaşlı oğlan və qızları adətən kiçik yeniyetmə, 13-15 yaşlıları isə böyükyeniyetmə adlandırırlar, lakin yeniyetməlik dövrünün  başlan-masına  və qurtarmasına dəqiq sərhəd qoymaq  olmaz. Müxtəlif amillərin təsiri altında həmin yaş dövrü bir il tez və ya gec başlaya, yaxud əksinə, bir il və ya gec başa çata bilər.Yeniyetməlik dövrünün əsas xüsusiyyətləri uşağın öz "mən"ini qabartması, heçkəsi qəbul etməməsi və özünün fikirlərinin hər kəsinkindən daha düzgün hesab etməsidir. Bu fikirlər sizi dehşete getire bilər. Dünənədək uşaqsaydığıniz asanlıqla öz fikirlərinizi yeritdiyiniz və yönləndirə bildiyiniz övladıniz ilə ünsiyyət qurmaq sizin  üçün müşkülə çevrilib.Bəs ata-ana olaraq övladınızin  yeniyetməlik yaş dövrünə qədəm qoyduğunu nədən bilməlisiniz? Gəlin sadaladığım hallara fikir verək:

* Səsin qalınlaşması və ya dəyişməsi.

* Tər vəzilərinin aktivləşməsi.

* Bədəndə fizioloji dəyişikliklər.

* Bədən səthində tüklərin sərtləşməsi.

* Uşağın özünün xarici görünüşü ilə həddindən artıq maraqlanması.

* Geyim və danışıq tərzində baş verən dəyişikliklər.

* Müdaxilələrə qarşı verilən sərt reaksiya.

* Tənqidə qarşı kəskin reaksiya.

* Yaşıdlarına və sosial mühitə qarşı sonsuz maraq.

* Əks cinsə qarşı meyil.

    Siz və məktəbdə  müəllimlərlə daha çox konfliktlər yaşayan yeniyetmə üçün ən qəbuledilməz şey onu tənqid eməkdir.Yetkin  insanların bu yaş dövründə olan övladını anlaması çox çətindir. Buna görə də onlar yeniyetməni dəyişmək üçün tənqid etməyə başlayırlar. Düşünürsuz ki, tənqiddə fayda var.Halbuki sizin həmin yaş dövründə olan övladınızi tənqid etməyiniz onları hər gün bir az özünüzden uzaqlaşdırır və yadlaşdırır.Yeniyetmə bu zaman daha təhlükəliolur. Ailəsindən qopan yeniyetmələr kənar destruktiv qruplara meyil göstərirlər ki, bu da onların neqativ vərdişlərə yiyələnməsi ilə nəticələnir.

Yeniyetməlik dövrünu "dönüş dövrü" və "böhran dövrü" də adlandırırlar. Sözsüz ki, buadlar çoxluğunun yaranması tamamilə təbiixarakter daşıyır. Uşaq öz həyatının birmərhələsindən digərinə, yeniyetməliyə keçir. Buvaxt istər fiziki, istərsə də psixi inkişafda sürətli irəliləyişlər özünü göstərir. Yeniyetmələrin əsas problemlərindən biri valideynlərlə qarşılıqlı münasibətdə yaranan anlaşılmazlıqlardır. Bu yaşdövründə yeniyetmələrdə uşaqlıq asılılığından çıxmaq və valideynlərlə qarşılıqlı inam, hörmət, etibar və s. kimi münasibətlərə keçməyə tələbat yaranır. Valideynlər isə əksinə, inkişaf edən belə bir bərabərliyə meyilli olmurlar.

Valideyn-övlad münasibətlərində anlaşılmazlıqlar əvvəllər də olub, ancaq odövrlərdə həyat tərzi bir qədər qapalı idi. Hazırkı dövrümüzdə isə, çox təəssüf ki, valideyn-övladmünasibətləri getdikcə gərginləşib. Burada günahı təkcə uşaqların üstünə atmaq olmaz. Söhbət əgər qarşılıqlı hörmət və düzgün  tərbiyədən gedirsə, bu məsuliyyətli vəzifə əsasən sizin üzərinə düşür. Belə ki, sizin uşağa nisbətən daha çox həyat təcrübəniz var. Ata-ana  bilməlidirki, övladından yüksək tərbiyə, hörmət gözləyirsə ilk növbədə özləri bu keyfiyyətlərlə ona nümunə olmalıdırlar. Bir ailədə ki, siz övladlarına qarşı şiddət və zorakılıq nümayiş etdirirsiz, təbii ki, bu  ailədə böyüyən uşaqlarinizinda mənəvi-psixolojitravmalar almasi ehtimalı çoxdur. Bundanəlavə, əksər ailələrdə analar uşaqları ata ilə qorxudurlar. Bu yaş dövründə sizlər, çoxtəəssüflər olsun ki,  uşaqlarıniz ilə münasibətləri həll etmək üçün dünənə qədər özunuzun düzgünsaydıqlarıniz tərbiyə üsullarından istifadə edirsiniz. Buda çox zaman yeniyetmənin faciəsi ilə nəticələnə bilər.         Artıq uşağın ataya qarşı hörmət və sevgisibirmənalı olaraq qorxu hissinə çevrilir.

        Siz əslində uşağın öz dünyasını kəşf edə bilməsi üçün ona imkan verməli, onlarda özlərinə qarşı inam hissi yaratmalısiniz
Əgər  ata-ana olaraq övladıniza azadlıq  vermirsinizse güvənmirsinizsə, etibar etmirsinizsə,  buhəmin yeniyetmənin ailədən tədricən uzaqlaşması ilə nəticələnir. O özünə başqa birsığınacaq axtarmağa  başlayır, bununla dayetkinlik  yaşında olanlarda psixoloji gərginliklər yaranır. Məsələn, elə valideynlər var ki, geyimseçimlərində belə uşağa sərbəstlik vermirlər. "Sən heç nə bacarmırsan", "sən  işə yaramırsan" və s.kimi sözlərlə uşaqların özlərinə qarşı olan  inamlarını  qırırlar. Bu  atmosfer  altında böyüyən  uşaqlar təbii ki, gələcəkdə də daimvalideynlərinə qarşı rəqib münasibətində olurlar. Bunu valideyn-övlad arasında gərginliklərin yaranmasının ilkin səbəblərindən biri kimi  göstərmək olar. Sizin övladinizla aranizda  bu yaşdövründə hər hansı bir  konfliktin baş verməməsi üçün aşağıdakı məsləhətlərdən yararlanmaq olar:

* Övladlarınızı birbaşa tənqid etməyin.

* Onların maraq aləminə daxil olun.

* Fikirlərini sizinlə paylaşmasına çalışın.

* Övladlarınızın dostu olmağı bacarın.

* Özünüzü nümunə göstərməyin.

* Yeniyetmə oğul və ya  qızınıza həssaslıqla yanaşın.

* Onları yaşıdları ilə müqayisə etməyin.

* Övladlarınızın fikirlərinə önəm verin.

* Onları qıcıqlandıra biləcək məsələlərə toxunmayın.

* Uşaqlarınıza yaş dövrü haqqında informasiyaverməyə çalışın.

* Onların geyim  və görünüş məsələlərinə çoxmüdaxilə etməyin.

* Sevdikləri şeylərə qarşı birbaşa tənqid yağdırmayın.

* Övladlarınızı olduğu kimi qəbul edin. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi