Azərbaycan xalqının Vətən müharibəsində şanlı qələbəsini müxtəlif fənlərdə əks etdirməyə dəstək məqsədilə dərslik müəllifləri "Qələbə dərsləri" adlı könüllü layihəyə qoşulublar.

Azərbaycan xalqının Vətən müharibəsində şanlı qələbəsini müxtəlif fənlərdə əks etdirməyə dəstək məqsədilə dərslik müəllifləri "Qələbə dərsləri" adlı könüllü layihəyə qoşulublar. Layihənin icrasında müxtəlif nəşriyyatlar da yaxından iştirak edir. İlkin olaraq biologiya fənnindən VI, IX, X və XI siniflər üzrə uyğun materiallar tərtib edilib və müəllimlərin istifadəsi üçün Təhsil İnstitutunun Təhsil İşçilərinin Peşəkar İnkişafı Mərkəzinin ( ARTİ TİPİM) rəsmi səhifəsində yerləşdirilib. Digər fənlər üzrə də mövzular hazır olduqca həmin səhifədə paylaşılacaq. Bu minvalla məktəbin tədbirlər planına uyğun olaraq həyat bilgisi fənni üzrə tərbiyə işləri üzrə direktor müavini Cəfərzadə Cavid Əli oğlunun təşkilatçılığı ilə Mətanət Qarayevanın təqdimatında "Kür və Araz çaylarının çirkləndirilməsi" mövzusunda dərs hazırlandı. Dərs prosesində sagirdlər, valideynlər və rəhbərlik iştirak edirdi. Sual cavab olundu, video slayd nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi