Rəşadətli Azərbaycan Ordusu işğalçıları əzəli torpaqlarımızdan qovdu.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun zəfər yürüşü Azərbaycanın tarixi qələbəsini təmin etdi. Haqlı olaraq xalqımız 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımızın azad olunmasını, tarixi ədalətin və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsini qürurla, sevinclə qeyd edir.

Rəşadətli Azərbaycan Ordusu işğalçıları əzəli torpaqlarımızdan qovdu.

Azərbaycan Ordusu peşəkar, hazırlıqlı, ən müasir və çevik hərbi texnika ilə təchiz olunmuş, istənilən hərbi tapşırığı uğurla həyata keçirə biləcək qələbə əzmli silahlı qüvvələr kimi işğalçıları tarixi torpaqlarımızdan qovdu. Bir sözlə, Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun rəşadəti, xalq-iqtidar birliyi Dağlıq Qarabağ münaqişəsinin milli maraqlarımıza uyğun həllini təmin etdi. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. Beləliklə, düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələrdən ibarətdir.

Təhsil nazirliyinin müvafiq tədbirlər planına uyğun olaraq 20.01.2021-ci il tarixində Dədə Qorqud qəsəbəsində şəhidlərimizin məzarı məktəbin rəhbərlik heyyəti tərəfindən ziyarət olundu, dualar edildi. İndi isə həmin tədbirdən qısa görüntünü təqdim edirik.

 

https://www.facebook.com/100014772226008/videos/pcb.1153656291803434/1153650485137348/

 

https://www.facebook.com/100014772226008/videos/pcb.1153656291803434/1153654531803610

 

https://www.facebook.com/100014772226008/videos/pcb.1153656291803434/1153655588470171

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi